PFL Premyer Liqaya yeni qoşulan klublara xəbərdarlıq etdi
İdman
20.06.2025 17:40
Peşəkar Futbol Liqası 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək yeni klublara çatışmazlıqlar barədə xəbərdarlıq edib.
TodayPress TV qurumun Media və marketinq direktoru Sənan Abdullayevə istinadən xəbər verir ki, klubarda çatışmazlıqlar təkcə stadionlarla bağlı deyil:
“Peşkar Futbol Liqası olaraq, Premyer Liqaya yeni qoşulan klublarla mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır. Onların stadionları təftiş olunub və hər birinə çatışmazlıqlar barədə detallı məlumatlar verilib. AFFA İcraiyyə Komitəsi yeni iştirakçılara bir il möhlət verib və artıq onlar öz işlərini bilirlər. Onlara müəyyən çatışmazlıqlar barədə xəbərdarlıq edilib. Kadr baxımından hansı addımlar atılmalı olduqları barədə də məsləhət verilib”.
Qeyd edək ki, “Qəbələ”, “Karvan” və “İmişli” klublarına Premyer Liqanın 2025/2026 mövsümündə iştirak üçün lisenziya verilib.
Namiq HUN
tag: PFL,Liqa,Klub,Xəbərdarlıq,Todaypress.tv,