6 badmintonçumuz tarixdə ilk dəfə "Top-100"də yer aldı
İdman
04.09.2025 14:47
Azərbaycanın 6 badmintonçusu tarixdə ilk dəfə "Top-100"də yer alıb.
Bu barədə TodayPress TV-yə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında Azərbaycanın 6 təmsilçisi 4 kateqoriya üzrə "Top-100"də yer alıb.
Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.
Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə 92-ci pillədə qərarlaşıb.
Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.
İdmançıların reytinq siyahısında ilk "100-lük"də yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək inkişaf strategiyasının əsas hədəflərindən biridir.
Qeyd edək ki, tarixdə ilk dəfə badmintonçular reytinqdə 4 kateqoriya üzrə yer alıblar.
tag: Azərbaycan,Badminton,Top 100,Sıralama,Todaypress.tv,
 
        
 
                                ![[[NHL-də]] yeni antirekord](/uploads/news/68f73195efe68.webp) 
                                            ![Millinin [[medal sayı]] 5-ə çatdı](/uploads/news/689f31355bec2.webp) 
                                            ![Fiqurlu konkisürən [[Arina Kaluqina]] Ankarada 9-cu oldu](/uploads/news/68b289ef8de8b.webp) 
                                            ![[[“Araz-Naxçıvan”]] Diniyevlə anlaşdı](/uploads/news/68ac6409abfca.webp) 
                                            ![[[“Liverpul”]] 17 yaşlı hücumçusu ilə yeni müqavilə imzaladı](/uploads/news/68d58b79ee3f4.webp) 
                                            ![Şey Gilces-Aleksanderin 40 xalı [[“Oklahoma”nı finala yaxınlaşdırdı]]](/uploads/news/68356290023f2.webp) 
                                            ![Eltac Səfərli sürətli [[şahmat çempionatında]] at oynadacaq](/uploads/news/6836f53d84b8d.webp) 
                                            ![Millinin [[heyəti]] açıqlandı](/uploads/news/68b1567501715.webp) 
                                            ![Rusiyalı MMA döyüşçüsü [[küçədə]] güllələndi](/uploads/news/687736473890f.webp) 
                                            ![[[U-21 millimiz]] Şotlandiya ilə heç-heçə etdi](/uploads/news/68ee85548ad26.webp) 
                                            