İran gəmiləri Xəzərdə birgə təlim üçün Azərbaycana gəldi

Hərbi

15.10.2025 17:30

Azərbaycanda keçiriləcək "AZİREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra İran Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və "AZİREX-2025" birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.

Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.

TodayPress TV

tag: MN,İran,Gəmi,Azərbaycan,Todaypress.tv,

photo
photo
photo
photo
photo