Baş Qərargah rəisi MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak etdi

Hərbi

24.09.2025 15:38

Sentyabrın 24-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

tag: MN,Kərim Vəliyev,MDB,İclas,Todaypress.tv,

photo
photo
photo
photo