Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi sahədə əməkdaşlığın istiqamətləri müəyyən olundu
Hərbi
08.10.2025 13:04
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları" keçirilib.
TodayPress TV xəbər verir ki, müxtəlif idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri müəyyən olunub.
Tərəflər arasında 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi hazırlanıb.
Eyni zamanda, hər iki tərəfin təqdimatları əsasında ölkələrin Müdafiə nazirliklərinin strukturu və həyata keçirilən islahatlar haqqında ətraflı məlumatlar verilib.
Görüşdə birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib.
tag: MN,Azərbaycan,Bosniya,Görüş,Todaypress.tv,
