Zaqatalada gecə saatlarında dəhşətli QƏZA

Zaqatalada gecə saatlarında dəhşətli QƏZA
11.07.2026 23:44 Hadisə

Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, qəza saat 22:00 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə zamanı üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda xəsarət alan şəxslərin müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmaya başlanılıb.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər