Yataqxanadakı yanğında 30 nəfər təxliyə edildi - YENİLƏNDİ
Hadisə
15.01.2026 16:20
Bakının Binəqdədi rayonunda binada baş verən yanğında 30 nəfər təxliyyə edilib, 3 nəfər xilas olunub.
TodayPress TV xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qərərargah rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Slavyan Universitetinin məcburi köçkünlərinin yaşadığı yataqxananın eyvanında yanar konstruksiyalar yanıb:
"Hadisə nəticəsində xəsarət alan olmayıb".
***
15:10
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş başlayıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
tag: Binəqədi,Yanğın,FHN,Hadisə,Todaypress.tv,
