Ucarda dəhşətli hadisə - Yeniyetmədən xəbər yoxdur
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub.
TodayPress TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.
Belə ki, 16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.