Ucarda avtomobil aşdı- Yaralılar var
Ucarda avtomobil aşıb, paytaxt sakinləri yaralanıb
TodayPress TV-nin məlumatına görə, hadisə Ramal kəndi ərazisində baş verib.
İdarəetmədən çıxan minik avtimobilinin aşması nəticəsində maşında olan iki nəfər Bakı sakini müxtəlif bədən xəsarərləri alıb. Yaralılar 1984-cü il təvəllüdlü Niftəliyev Vüqar Tahir oğlu və 1987-ci il təvəllüdlü Ələkbərov Zaur Qəzənfər oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.