Tovuz sakini yanaraq öldü

Tovuz sakini yanaraq öldü
21.06.2025 10:32 Hadisə

Yanıq xəsarətləri alan Tovuz rayon sakini ölüb.

TodayPress TV xəbər verir ki, Əlibəyli kənd sakini 1991-ci il təvəllüdlü Zabil İbrahimov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ona tibbi yardım göstərilsə də səhər saatlarında həyatını itirib.

İlkin məlumata görə, 34 yaşlı Zabil İbrahimov ehtiyatsızlıqdan üzərinə tökülən benzinin alışması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər