Sumqayıtda yol qəzası- Xəsarət alanlar var

Sumqayıtda yol qəzası-  Xəsarət alanlar var
13.01.2026 01:45 Hadisə

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər