Sumqayıtda 40 yaşlı kişi bıçaqlandı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
TodayPress TV xəbər verir ki, hadisə Yaşıl dərə yaşayış massivində 1994-cü il təvəllüdlü Ağayev Eyruz Bəhlul oğlu ilə 1985-ci il təvəllüdlü Balayev Sərvər Sahib oğlu arasında baş verib.
Mübahisə zamanı Eyruz Ağayev Balayev Sərvərə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib
Məlumata görə, döş qəfəsinin açıq yarası, budun yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Araşdırma aparılır.