Şirvanda yaşayış binasında yanğın oldu

Şirvanda yaşayış binasında yanğın oldu
17.06.2025 11:31 Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan şəhəri, G.Şıxbala küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən TodayPress TV-yə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Yanğından Mühafizə Dəstəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 476 m2 olmaqla ümumi sahəsi 952 m2 olan ikimərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində yanğın genişlənərək mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 86 m2 olan vətəndaşa məxsus üçotaqlı mənzilin 1 otağının tavanı isə 12 m2 sahədə yanıb. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə edilib.

Hadisə ilə əlaqədar 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Bütün Xəbərlər