Şəmkirdə ağır qəza - Ölən var

Şəmkirdə ağır qəza -  Ölən var
17.01.2026 20:00 Hadisə

Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası olub.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində baş verib. "Ford" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə yük avtomobili yolun kənarında olan ağaca çırpılıb. Qəza nəticəsində 1982-ci il təvəllüdlü. Ş.Quliyev hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər