Quşçuluq təsərrüfatına məxsus tikili yandı

Quşçuluq təsərrüfatına məxsus tikili yandı
14.01.2026 00:21 Hadisə

Şirvan şəhərində quşçuluq təsərrüfatına məxsus tikili yanıb.

TodayPress TV-nin məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakininə məxsus tikilidə naməlum səbəbdən anidən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən və canlı qüvvə çəlb edilib. Yanğının qısa zamanda söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın söndürülən zaman tikilidə quş olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər