Qarşısına inək çıxan traktor aşdı

Qarşısına inək çıxan traktor aşdı
06.01.2026 22:00 Hadisə

Köhnə Bakı–Astara magistral yolunda traktor aşıb.

TodayPress TV xəbər verir ki, hadisə yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında qeydə alınıb.

Belə ki, pambıq daşıyan “Belarus” markalı traktorun qarşısına qəfildən inək çıxıb. Sürücü qəzadan yayınmağa çalışsa da, buna nail ola bilməyib və nəticədə traktor aşıb.

Qəza zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Sürücü xəsarət almayıb. Traktorla birlikdə aşan qoşqunun (lapetin) altında qalan heyvan isə ətrafdakı şəxslərin köməyi ilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər