Qaraçuxurda narkokuryerlik edən şəxs saxlanıldı

Qaraçuxurda narkokuryerlik edən şəxs saxlanıldı
17.06.2025 15:33 Hadisə

Qaraçuxur qəsəbəsində narkokuryerlikdə şübhəli bilinən şəxsdən 3 kq marixuana aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.

T.Ələkbərov narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FOTOLAR

Qaraçuxurda narkokuryerlik edən şəxs saxlanıldı — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər