Ölkədən çıxışı qadağan olunan 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Ölkədən çıxışı qadağan olunan 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
06.01.2026 12:55 Hadisə

Ötən ilin dekabr ayında Azərbaycandan çıxışı qadağan edilən 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 359 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Ölkəyə girişi qadağan olan 64 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər