Nərimanovda avtomobil yandı

Nərimanovda avtomobil yandı
10.01.2026 07:00 Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BYD” markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb, digər hissələri isə mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər