Mingəçevirdə qəza - Xəsarət alanlar var
Mingəçevirdə zəncirvari yol qəzası baş verib, yaralananlar var
TodayPress TV "Unikal"a istinadən bildirir ki, hadisə Təbriz küçəsində məscid yaxınlığında baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes”, "Hyundai” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 2000-ci il təvəllüdlü Kənan Nəsirli və "BMW"-nin sürücüsü, 1985-ci il təvəllüdlü Zamiq İsmayılov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırıllb.
Faktla bağlı araşdırma aparılır.