Lənkəranda avtobusda sürücünün meyiti tapıldı

Lənkəranda avtobusda sürücünün meyiti tapıldı
12.01.2026 22:15 Hadisə

Lənkəran rayonunda avtobus sürücüsünün meyiti aşkarlanıb.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Şıxakəran kəndində baş verib. Kənd sakini Tofiq Abbasovun meyiti onun idarə etdiyi avtobusun salonunda tapılıb. İlkin məlumata əsasən, T.Abbasov Şıxakəran–Lənkəran marşrutu üzrə işini bitirdikdən sonra avtobusu evinin həyətinə salıb. Bir müddət sonra onun avtobusun içərisində həyatını itirdiyi müəyyən edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

T.Abbasovun ölümünün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər