İsmayıllıda sex və mağazada yanğın oldu
İsmayıllıda yanğın hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə cücə sexində qeydə alınıb. Sexin dam örtüyü, tikiliyə bitişik olan tikinti materialları mağazasının bir hissəsi yanıb.
Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub və yanğın nəzarətə alınaraq söndürülüb.
Yanğının səbəbləri araşdırılır.