İrandan Bakıya gələrkən saxlanıldı - FOTO
Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.
TodayPress TV Manset.az-a istinadən xəbər verir ki, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən aeroportda saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib. Lakin o, ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.
