İmişlidə 3 otaqlı ev yandı

İmişlidə 3 otaqlı ev yandı
19.06.2025 22:40 Hadisə

İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər