Güclü külək nəticəsində 6 ağac aşdı

Güclü külək nəticəsində 6 ağac aşdı
14.01.2026 12:25 Hadisə

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

TodayPress TV xəbər verir ki, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin "Qaynar xətt"inə doqquz müraciət daxil olub.

Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.

Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər