Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var
Goranboyun Rəhimli kəndində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, qəza nəticəsində üç nəfər - 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəstəxanaya yerləşdirilən yaralılara lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.