Gəncədə "VAZ" işıq dirəyinə çırpıldı- Xəsarət alan var
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21099" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Qəza zamanı 1993-cü il təvəllüdlü S. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.