Gəncədə qəza- Xəsarət alan var

Gəncədə qəza- Xəsarət alan var
15.01.2026 20:20 Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, şəhər ərazisində "Chevrolet" markalı minik maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər