Gəncədə minik avtomobilləri toqquşdu

Gəncədə minik avtomobilləri toqquşdu
17.01.2026 22:45 Hadisə

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "DAEWWOO NEXIA" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub.

Qəza zamanı minik maşınlarının birində olan sərnişin 2007-ci il təvəllüdlü Z.Cabbarlı xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər