Gəncədə iki avtomobil toqquşdu- Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu- Xəsarət alanlar var
09.01.2026 22:50 Hadisə

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, qəza Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər 2002-ci il təvəllüdlü S. Məmmədov və 2001-ci il təvəllüdlü E. Bayramovdur. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər