Gədəbəydə ağır QƏZA - Ölən və yaralanan var

Gədəbəydə ağır QƏZA - Ölən və yaralanan var
09.01.2026 23:00 Hadisə

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.

Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər