Fuad Qəhrəmanlı DTX-yə çağırıldı

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı
12.01.2026 20:20 Hadisə

Mühacirətdə yaşayan AXCP sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fuad Qəhrəmanlı özü məlumat yayıb. 

Qəhrəmanlı bildirib ki, DTX-nın İstintaq İdarəsi onu "Ramiz Mehdiyev işi" üzrə ifadə verməyə çağırıb.

Qəhrəmanlının sözlərinə görə, hazırda ölkədə olmadığı üçün sualları telefonla cavablandırmağı təklif edib:

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər