FHN: Ötən həftə 213 yanğına çıxış olub

Hadisə

12.01.2026 09:45

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə TodayPress TV-yə nazirlikdən verilən məlumata görə, ötən həftə ərzində 213 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 10-u azyaşlı olmaqla 25 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 7 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8 nəfər həyatını itirib.

TodayPress TV

tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.tv,