Evlərdən oğurluq edən şəxs saxlanıldı

Evlərdən oğurluq edən şəxs saxlanıldı
18.01.2026 17:34 Hadisə

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər