Əməkdaş rəhbərini öldürüb meyiti göl kənarına atdı
Bakıda fəaliyyət göstərən “SUDU” sağlamlıq mərkəzinin əməkdaşı Natiq Fətiyev münaqişə zəminində mərkəzin rəhbəri, 1985-ci il təvəllüdlü Babək Rəhimlini baş nahiyəsinə küt alətlə vuraraq öldürüb.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisədən sonra Natiq Fətiyev meyiti Salyan rayonunun Kürsəngi kəndi ərazisində yerləşən gölün kənarına atıb.
N. Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.