Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR

Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR
13.07.2026 11:46 Hadisə

NİİM ötən gün Səbail rayonu, Dənizkənarı küçəsi, Dövlət Bayrağı Meydanı istiqamətində baş verən motosiklet qəzasının görüntülərini yayıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən TodayPress TV-yə verilən məlumata görə, ötən gün axşam saatlarında Səbail rayonu, Dənizkənarı küçəsi, Dövlət Bayrağı Meydanı istiqamətində baş verən bu qəza bir daha göstərdi ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da üzərinə ciddi məsuliyyət qoyur:

"Kamera görüntüsünü təhlil etdikdə bəlli olur ki, 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edir və motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılır. 

Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər. Əraziyə yaxın xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin yardım göstərib, daha sonra o, təcili tibbi yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər