Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edildi

Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edildi
07.01.2026 06:45 Hadisə

Şəki şəhəri ərazisində vətəndaş çay dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1952-ci il təvəllüdlü M.Əzəmmədova təxminən 30m hündürlükdən çayın dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər