Bir milyon manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxundu
Hadisə
28.10.2025 13:01
Fəaliyyətsiz şirkətlərə dövlət müəssisələrindən satınalma təyinatı ilə köçürülmüş bir milyon manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən İlahim Ərəstun oğlu Mehraliyev və Mehman Allahverdi oğlu Alməmmədova hökm oxunub.
TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehman Alməmmədov 10 il 3 ay, İlahim Mehralıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Eyni zamanda, hər iki şəxs 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.
Təqsirləndirilən hər iki şəxsə ittiham olunduqları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) maddəsi ilə bəarət verilib. Həmçinin Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsinin məsuliyyətə cəlbetmə müddəti bitdiyi üçün cəza təyin edilməyib.
İttihama görə, İlahim Ərəstun oğlu Mehraliyev və Mehman Allahverdi oğlu Alməmmədov 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri 299 fəaliyyətsiz şirkətə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pulu mənimsəyiblər.
Həmçinin onlar sözügedən pulları leqallaşdırmaqda da təqsirli biliniblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
tag: Mənimsəmə,Cəza,Həbs,Qərar,Todaypress.tv,
 
        
 
                                ![Füzulidə [[kişi evinin həyətində]] ölü tapıldı](/uploads/news/6855980f431b8.webp) 
                                            ![Xaricdə “Abu Malik” kod adı ilə [[Azərbaycan vətəndaşlarını tutduran]] şəxsi DTX həbs etdi](/uploads/news/687e161d5edaf.webp) 
                                            ![Təhqirə görə tanışını [[qətlə yetirən şəxsə]] hökm oxundu](/uploads/news/682ef07eae36a.webp) 
                                            ![Füzulidə dağlıq ərazidə açıq sahədə [[yanğın]] baş verdi](/uploads/news/6880e5ca94534.webp) 
                                            ![Tovuz sakini yanaraq [[öldü]]](/uploads/news/685652042d08f.webp) 
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/685f94da205c2.webp) 
                                            ![Azərbaycanda zəlzələ oldu [[- YENİLƏNDİ]]](/uploads/news/68418b196a5bd.webp) 
                                            ![Ayrı-ayrı rayonlarda [[silah-sursat]] aşkarlandı](/uploads/news/686f72e2d59f2.webp) 
                                            ![Ötən həftə ərzində [[353 yanğına çıxış]] olub](/uploads/news/684fc9bd57fe5.webp) 
                                            ![Dövlətə xəyanətdə təqsirləndirilən [[İqbal Əbilovla bağlı]] qərar qüvvədə saxlanıldı](/uploads/news/68ff63d52cc2a.webp) 
                                            