Bakıda partlayış baş verdi - Yaralılar var - VİDEO

Bakıda partlayış baş verdi - Yaralılar var - VİDEO
12.07.2026 23:37 Hadisə

Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər