Bakıda ofisdən oğurluq edən şəxslər saxlanıldı

Bakıda ofisdən oğurluq edən şəxslər saxlanıldı
18.01.2026 19:26 Hadisə

Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə  DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər