Bakıda kafedə yanğın oldu
Bakının Xəzər rayonunda yanğın olub.
Bu barədə TodayPress TV-yə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 250 m² olan kafenin mətbəxində 1 ədəd soyuducu və mətbəx mebeli 3 paq.m yanıb.
Yüksək temperaturdan plastikdən ibarət qapı əriyib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.