Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlandı

Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlandı
20.06.2025 12:05 Hadisə

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Xəzər, Nizami və Binəqədi rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 4 patron darağı və 366 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.

Sumqayıt şəhərində isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 patron darağı və 70 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər