Avtomobil 79 yaşlı piyadanı vurdu

Avtomobil 79 yaşlı piyadanı vurdu
08.01.2026 21:00 Hadisə

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

TodayPress TV-nin  məlumatına görə, hadisə Goranboy–Tərtər yolunun rayonun Veyisli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən Kəlbəcər rayon sakini, hazırda Veyisli kəndində yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər