Araz çayında bir nəfər batdı

Araz çayında bir nəfər batdı
20.06.2025 20:35 Hadisə

Araz çayının Saatlı rayonundan keçən hissəsində 1 nəfər batıb.

TodayPress TV-ə  bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər