Ağsuda qəza - Ölən və xəsarət alanlar var

Ağsuda qəza - Ölən və xəsarət alanlar var
06.01.2026 23:50 Hadisə

Ağsuda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

TodayPress TV xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan Balakən rayon sakini, 24 yaşlı Kəmalə Orucova hadisə yerində ölüb.

Xəsarət alan sürücü, 32 yaşlı Faiq Şükür oğlu Orucov və digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər