71 yaşlı kişinin meyiti evinin həyətində tapıldı

71 yaşlı kişinin meyiti evinin həyətində tapıldı
07.01.2026 21:30 Hadisə

Hacıqabulda yaşlı kişi yaşadığı evin həyətində ölü vəziyyətdə aşkarlanıb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.

Məlumata görə, 1955-ci il təvəllüdlü Əsəd Abdullayev yaşadığı evin həyətindəki tikilidə ölü halda tapılıb. Onun hansı səbəblə öldüyü bəlli deyil.

Bildirilir ki, Ə. Abdullayev son vaxtlar səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırmış.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər