Emin Əmrullayev təhsil sistemində əsas məqsədi açıqladı

Emin Əmrullayev təhsil sistemində əsas məqsədi açıqladı
12.09.2025 11:43 Elm və Təhsil

"Bəzi istiqamətlərdə qeyri-kafidən kafiyə, bəzilərində isə kafidən yaxşıya doğru gedirik".

TodayPress TV xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, təhsil sisteminin yaxşılaşdırılması istiqamətində işlər aparılır. 

"Əsas məqsəd sistemlərin mükəmməlləşdirilməsi, şagirdlərin savadlılaşdırılması, müəllimlərin maarifləndirilməsidir. Təhsil islahatı ardıcıl və uzun prosesdir. Elm və Təhsil Nazirliyi 2013-cü ildən bu islahatlara başlayıb".

Nazir əlavə edib ki, uğurlu təhsil sistemi üçün uşaqların məktəbəqədər təhsilə cəlb olunması vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər