Makron İrana çağırış etdi: “Vətəndaşlarımız dərhal azad olunmalıdır”

Dünya

21.06.2025 15:36

Fransa Prezidenti Emmanuel Makron İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Makron özünün rəsmi "X" hesabında paylaşım edib.

O bildirib ki, söhbət zamanı ilk olaraq Fransanın tələbini açıq şəkildə bəyan edib: "Cesil Kohler və Cek Paris azad olunmalıdır. Onların qeyri-insani formada saxlanılma şəraiti ədalətsizdir. Onların Fransaya qayıdışını gözləyirəm".

Fransa Prezidenti həmçinin İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını da ifadə edib: "Mən bu məsələdə də qətiyyətliyəm – İran heç vaxt nüvə silahına sahib olmamalıdır. Bu ölkə niyyətlərinin dinc olduğuna dair tam təminat verməlidir".

Makron danışıqların davam etdirilməsinin vacibliyinə toxunaraq əlavə edib ki, müharibədən çıxış yolu və daha ciddi təhlükələrin qarşısını almaq mümkündür: “Fransa və Avropadakı tərəfdaşlarımızla birlikdə İranla aparılan danışıqları sürətləndirməyə qərarlıyıq”.

Töhfə Səməd

tag: Fransa ,Emmanuel Makron,İran ,Məsud Pezeşkian,Cesil Kohler ,Cek Paris,todaypress.tv,