Putin Özbəkistan prezidenti ilə danışdı
Dünya
08.07.2025 16:56
Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.
TodayPress TV xəbər verir ki, söhbət zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər xüsusilə ticarət dövriyyəsinin artırılması, sənaye layihələrinin həyata keçirilməsi, regional əməkdaşlıq, eləcə də mədəniyyət və təhsil sahəsində mübadilənin vacibliyini vurğulayıblar.
Prezidentlər imzalanmış sazişlərin praktiki icrasına diqqət yetirməyin önəmini qeyd ediblər.
Qeyd edək ki, iyunun 10-da Şavkat Mirziyoyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı qlobal iqtisadiyyatda dəyişikliklər dövrünün başlandığını bildirib və ölkələrin birgə əməkdaşlığa ehtiyac duyduğunu vurğulayıb.
Rusiya və Özbəkistan Regionlar Şurasının növbəti iclası bu ilin payızında keçiriləcək.
Türkan İsgəndərli
tag: Rusiya,Özbəkistan,Putin,Mirzoyoyev,Todaypress.tv,