Zelenski Sumı istiqamətində cəbhə xəttində oldu
Dünya
06.08.2025 22:00
Ukrayna Prezidenti Volodimir Zelenski 225-ci həmlə alayının Sumı vilayətindəki idarəetmə məntəqəsinə gedib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Telegram” hesabında yazıb.
O qeyd edib ki, şəxsi heyətlə görüş zamanı Andreyevka və Kondratovka istiqamətlərindəki vəziyyətlə bağlı məruzələr dinlənilib, Rusiyanın nəzarətindəki ərazilərin azad edilməsi üzrə növbəti addımlar müzakirə edilib:
“Şəxsi heyətin təminatı, o cümlədən gənc əsgərlərin və təlimçilərin hərbi hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Alayın komandiri onun briqada səviyyəsində komplektləşdirilməsini xahiş etdi. Bu məsələ Baş Qərargahın rəisi ilə müzakirə olunacaq”.
Zelenski Kursk əməliyyatında iştirak edən hərbçiləri təltif edib.
“Ukrayna uğrunda xidmətlərinizə görə hər zaman sizə minnətdar olacaq, vətən üçün canından keçən hər bir kəsin xatirəsinə daim ehtiram göstərəcəyik”.
tag: Zelenski, Bölmə, Sumı, Ukrayna, todaypress.tv,